XƏBƏR LENTİ
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Dakar-2026-nın missiya rəhbərlərinin seminarına start verilib
İdman 15:58 / 08.04.2026

Aprel 8-də Seneqalın paytaxtı Dakarda 2026-cı ildə keçiriləcək IV Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Şef de Mission seminarına start verilib.

 

Olimpiyadunyasi.com Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, aprelin 11-dək davam edəcək seminarda dünyanın müxtəlif ölkələrindən gələn Milli Olimpiya Komitələrinin nümayəndələri tərəfindən Oyunların təşkilati məsələləri müzakirə olunur.

 

Seminarın əsas məqsədi idmançıların gəliş-gediş qrafikləri, şəhərdaxili daşınma planları, Yeniyetmələrin Olimpiya Kəndində yaradılan şəraitlə tanışlıq, Dakar, Diamniadio və Saly zonalarındakı idman arenalarına, o cümlədən "Iba Mar Diop" kompleksi və "Tour de l'Oeuf” mərkəzinə tur, Antidopinq nəzarəti, protokollar və təhlükəsizlik tədbirləri barədə ətraflı məlumatlandırma kimi məsələlərdir.

 

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov da iştirak edir.


158 oxunub

InvestAZ