XƏBƏR LENTİ
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
İdman 00:15 / 10.04.2026

Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılarla görüş keçirilib. Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, federasiyanın baş katibi Fərid Xəlilovun iştirakı ilə keçirilən yığıncaqda idmançıların son nailiyyətləri müzakirə olunub və qazandıqları yeni idman dərəcələri onlara təqdim edilib.

Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təsdiq olunmuş rəsmi idman dərəcələrini əks etdirən vəsiqələr öz sahiblərinə çatdırılıb.

Aliyə Əliyeva, Lalə Əbdürəhmanova və Dilguşə Sadıqovaya "İdman ustalığına namizəd" (İUN), Lalə İsmayılova, Sona Rüstəmli və Nurlan Rəhimliyə isə "I dərəcə" vəsiqələri təqdim olunub.

Görüş zamanı baş katib Fərid Xəlilov idmançıları əldə etdikləri uğurlar münasibətilə təbrik edərək, bu dərəcələrin onların peşəkar karyerasında mühüm mərhələ olduğunu vurğulayıb.

Bildirilib ki, idmançıların növbəti hədəfi daha yüksək pillə olan "İdman Ustası" dərəcəsinə yiyələnmək və beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etməkdir.


126 oxunub

InvestAZ