XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024



Avarçəkənimiz dünya kubokunun mərhələ yarışında mübrizəyə başlayır
İdman 12:46 / 16.06.2022
Bu gün Polşanın Poznan şəhərində akademik avarçəkmə üzrə dünya kubokunun ikinci mərhələ yarışı start götürəcək. 4 gün davam edəcək turnirdə ölkəmizi Bəhmən Nəsirli ilə təmsil olunacaq. İdmançımız 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yarışlarda qüvvəsini sınayacaq.

Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş birinci mərhələ (27-29 may) ilə müqayisədə Poznanda daha çox, 36 ölkədən 600-dən artıq idmançı mübarizə aparacaq. 2019-cu ildən bu yana ilk dəfə olaraq Avstraliya, Yeni Zelandiya, ABŞ və Kanadadan olan komandalar kifayət qədər geniş heyətlə dünya kuboku yarışına qatılacaqlar. Polşada ən böyük heyətlə isə Almaniya komandası iştirak edəcək - 23 qayıq.

Reqlamentə əsasən, turnirin qalibləri üçüncü mərhələnin yekununa əsasən müəyyənləşəcək. Yarışın üçüncü mərhələsi iyulun 8-10-də İsveçrənin Lutsern şəhərində baş tutacaq.

16374 oxunub

InvestAZ