XƏBƏR LENTİ
21 Oktyabr 2021
20 Oktyabr 2021
19 Oktyabr 2021
18 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021
13 Oktyabr 2021



İlqar Rəhimov Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının vitse-prezidenti seçildi
İdman 11:04 / 12.10.2021
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti seçilib.
AMPK-dan "Olimpiya dünyası” qəzetinə verilən məlumat görə, Azərbaycan nümayəndə heyəti İlqar Rəhimovun rəhbərliyi ilə İordaniyada keçirilən IBSA-nın hesabat-seçki konfransında iştirak edib. Konfransda vitse-prezident vəzifəsinə namizəd kimi çıxış edən İ.Rəhimov seçki platforması barədə məlumat verərək, seçiləcəyi təqdirdə IBSA-nın dəyərlərinin müxtəlif ölkələr arasında təbliğinə, Assosiasiya üzvlərinin daha sıx və səmərəli əməkdaşlığının təşkilinə töhfə verməyə çalışacağını bildirib.
Daha sonra İ.Rəhimov ölkəmizdə idmana, xüsusilə Paralimpiya hərəkatına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib, görmə məhdudiyyətli şəxslərin idmana cəlb olunması, onlar üçün müyəssər mühitin yaradılması, işlə təminatı və digər sosial problemlərinin həll olunması üçün bir çox layihələrin həyata keçirildiyini bildirib. O, eyni zamanda, əsas məqsədin fiziki və görmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasını daha da artırmaqdan ibarət olduğunu qeyd edib. İ.Rəhimov 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə dördüncü İslam Həmrəyliyi Oyunları və müxtəlif illərdə Azərbaycanda görmə məhdudiyyətli şəxslərin iştirakı ilə beynəlxalq yarışların keçirildiyini vurğulayaraq, ölkəmizin gələcəkdə də belə tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.

Çıxışlardan sonra IBSA-nın rəhbər heyətinin seçkiləri keçirilib. İ.Rəhimov səsvermə nəticəsində IBSA-nın vitse-prezidenti seçilib.

975 oxunub

InvestAZ