XƏBƏR LENTİ
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026



Azərbaycan Üzgüçülük və Triatlon federasiyaları əməkdaşlığa başlayır
İdman 15:12 / 04.02.2026

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Azərbaycan Triatlon Federasiyası (ATF) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, federasiyalar ölkədə su idman növlərinin inkişafı üçün birlikdə çalışacaqlar. Əməkdaşlıq çərçivəsində birgə yarışların keçirilməsi, eləcə də üzməyə marağı olan potensiallı gənclərin üzgüçülük və triatlon idman növlərinə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, üzgüçülük və triatlonla məşğul olmaq üçün əlçatan və sağlam mühitin formalaşdırılmasına dəstək göstəriləcək. İdmançıların bacarıqlarının artırılması məqsədilə yerli və beynəlxalq ekspertlərin təlim-məşq prosesinə cəlb olunması da prioritet istiqamətlərdən biri olacaq.

Memorandumu ASF-nin baş katibi Oqtay Atayev və ATF-nin baş katibi Seymur Hüseyinov imzalayıblar.


397 oxunub

InvestAZ