XƏBƏR LENTİ
21 Yanvar 2021
20 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021



Qolf turniri Donald Trampın sahəsindən imtina edib
İdman 15:55 / 12.01.2021
ABŞ-ın peşəkar qolf oyunçuları Assosiasiyası (PGA of America) 2022-ci ildə PGA Championship turnirini hələ də ABŞ-ın hazırkı prezidenti Donald Trampa aid olduğu sahədə keçirməyib. Turnirin Direktorlar Şurası Bedminsterdə D.Trampın qolf klubunda çempionatın keçirilməsi üçün nəzərdə tutulan müqaviləni ləğv edib. PGA of America rəhbəri Cim Riçardsonun sözlərinə görə, turnirin keçirilməsi təşkilata ziyan vuracaq və proqramın gələcək inkişafına mane olacaq. "Biz heç bir əlaqəmiz olmayan siyasi vəziyyətdə yer aldıq. Baş verən faciəvi hadisələr bizim artıq Bedminsterdə turnir keçirə bilməyəcəyimiz anlamına gəlir. Əldə etdiyimiz ziyanın bərpası olmaya bilər. Yeganə çıxış yolu buranı tərk etməkdir”, - deyə PGA of Americanın baş direktoru Set Vo bildirib.

Xatırladaq ki, ötən həftə Donald Trampın tərəfdarlarıABŞ-ın Capitol binasının yaxınlığında iğtişaşlar təşkil ediblər. Hakimiyyətlə toqquşmalara gətirib çıxaran iğtişaşlarda on minlərlə prezident tərəfdarı iştirak edib. İnsanları sakitləşdirmək üçün hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və işıqsaçan qumbaradan istifadə ediblər.

778 oxunub

InvestAZ