XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026



Pəhləvanlarımız Zrenyanindən 16 medalla qayıdıblar
İdman 11:17 / 16.03.2026

Azərbaycan güləşçiləri Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatına yekun vurulub.

Çempionatda güləşin hər üç növündə təmsil olunan Azərbaycan komandası 3 qızıl, 7 gümüş və 6 bürünc olmaqla ümumilikdə 16 medal qazanıb.

Sərbəst güləşçilərimiz yarışı 8, yunan-Roma güləşçilərimiz 5, qadınlardan ibarət komandamız isə 3 medalla başa vurublar.

Sərbəst güləşçilərimiz yarışda 8 (1 qızıl, 4 gümüş və 3 bürünc) medal qazanıblar. Komandamız 170 xalla Avropa ikincisi olub. Yığmamız yalnız Rusiyadan (199) geri qalıb və 3-cü yeri tutan Ermənistanı 54 xal qabaqlayıb. 170 xal U-23 yaş qrupu üzrə Avropa çempionatlarında sərbəst güləş üzrə millimizin ən yüksək xal göstəricisidir.

Millimizin üzvlərindən Ali Tsokayev (92 kq) qızıl, Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Səbuhi Əmiraslanov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.

Yarışların növbəti günündə qadın güləşçilərimiz xalça üzərinə çıxıb. Təmsilçilərimiz yarışı 3 medalla başa vurublar. Güləşçilərimizdən Günay Qurbanova (59 kq) qızıl, Gültəkin Şirinova (55 kq) Ruzanna Məmmədova (62 kq) isə gümüş medala layiq görülüb.

Çempionatın son günlərində klassiklərimiz mübarizə aparıblar. Yunan-Roma güləşçilərinin yarışında Elmin Əliyev (82 kq) Avropa çempionu olub. Fərid Sadıxlı (55 kq) gümüş, İlkin Qurbanov (63 kq), Fərid Xəlilov (67) və Fərahim Mustafayev (72 kq) isə bürünc medala yiyələnib.


251 oxunub

InvestAZ