XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026



Azərbaycanlı pilot Formula 4 testlərində uğurla çıxış edib
İdman 10:14 / 16.03.2026

Azərbaycanlı pilot Davin Cəfərov motorsport karyerasında növbəti mühüm addımı ataraq Portuqaliyanın Portimao şəhərində yerləşən və dünya üzrə məşhur olan "Autodromo Internacional do Algarve” trasında ikinci Formula 4 test sessiyasını da uğurla tamamlayıb.

O, test həftəsonu ərzində "McLaren”, "Mercedes”, "Aston Martin” və digər tanınmış komandalarla əlaqəli pilotlarla eyni trası bölüşərək Avropanın ən çətin və tələbkar yarış treklerinden birində həm təcrübə qazanıb, həm də sürətini nümayiş etdirib.

Sessiyalar qarışıq hava şəraitində - yağışlı və quru trasın növbələşdiyi vəziyyətdə baş tutub. Buna baxmayaraq, D.Cəfərov bütün çıxışlarını heç bir qəza olmadan başa vurub.

Bununla belə, 16 yaşlı pilot müəyyən səbəblərdən bu ay Barselonada keçiriləcək "Formula Winter Series” final yarışında iştirak edə bilməyəcək. Buna baxmayaraq, gənc pilot hazırlıqlarını böyük əzmlə davam etdirir. O, hazırda simulyator məşqləri, fiziki və psixoloji hazırlıq üzərində aktiv şəkildə çalışır ki, bu da müasir yarış pilotu üçün əsas elementlər hesab olunur.

Onun növbəti mümkün Formula 4 test sessiyasının üç ay ərzində İtaliyanın əfsanəvi "Autodromo Nazionale Monza” trasında keçirilməsi planlaşdırılır. Davin burada da təcrübəsini artırmağı və potensialını nümayiş etdirməyi hədəfləyir.


207 oxunub

InvestAZ