XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024



Olimpiya məşəli ictimaiyyətə təqdim olundu
Olimpiya oyunları 16:56 / 01.09.2020

Gələn ilin yayınadək təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəli Yaponiya paytaxtında ictimaiyyətə təqdim olunub. Bu münasibətlə keçirilən mərasimdə Yaponiya hökumətinin, Milli Olimpiya Komitəsinin, Tokio administrasiyasının və Oyunların Təşkilat Komitəsinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Xatırladaq ki, Olimpiya məşəli Yunanıstandan Yaponiyaya martın 20-də, Oyunların gələn ilədək təxirə salınması barədə qərarın qəbulundan dörd gün əvvəl gətirilib. Məşəl Tokionun Şincuku rayonunda yerləşən Yaponiya Olimpiya Muzeyində nümayiş etdirilir.
Mərasimdə çıxış edən Yaponiya Milli Olimpiya Komitəsinin sədri Yamaşita Yasuhiro bildirib ki, Olimpiya və Paralimpiya Oyunlarına qatılmaq istəyən idmançılar hazırda yorulmadan məşq edirlər. Tokioda Olimpiya məşəlinin ictimaiyyətə təqdim edilməsi bu idmançılara emosional dəstəkdir.
Yaponiya Olimpiya və Paralimpiya Oyunları naziri xanım Haşimoto Seyko isə bildirib ki, məşəl ümid deməkdir. Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq və Oyunların yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Olimpiya məşəlinə baxmaq istəyənlər əvvəlcədən bron götürməlidirlər. Eyni zamanda, muzey koronavirus pandemiyası ilə əlaqədar tamaşaçıların sayını azaltmağa çalışır. Muzeyə girişin qiyməti 500 yen (təqribən 5 dollar) olsa da, uşaqlar və məktəblilər üçün biletlər ödənişsizdir.
Olimpiya məşəli ziyarətçilərə noyabrın 1-dək nümayiş etdiriləcək.

31070 oxunub

InvestAZ