2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarından öncə 91 ingilis idmançı eksperimental maddə qəbul edib. İdmançılar "DeltaG” adlı enerji içkisini rəsmi qurumların tövsiyəsi əsasında qəbul ediblər. Üstündən xeyli müddət keçəndən sonra məlum olub ki, idmançılar bu içkinin yan təsirlərinin olmayacağı və antidopinq qaydalarının pozulmasına gətirməyəcəyi ilə bağlı təminat almayıblr. Üstəlik, onlar dövlət agentliyi olan UK Sport-un potensial pozuntulara və ya yan təsirlərə görə məsuliyyət daşımayacağına razılaşıblar.
"Daily Mail” nəşrinin araşdırması nəticəsində məlum olub ki, bu maddədən istifadə edən idmançıların 40% -i yan təsirlərə məruz qalıb. Bu səbəbdən 28 nəfər bundan istifadə etməyi dayandırıb və daha 24 idmançı bu maddənin onlar üçün faydalı olmadığına əmin olduqları üçün ondan imtina ediblər.
UK Sport, bu məhsulu istifadə etməzdən əvvəl idmançıların sağlamlığı üçün təhlükə yaranamamsı üçün WADA və İngiltərə Antidopinq Agentliyi ilə məsləhətləşdiyini bildirib.