XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026



Fərid Mansurov: «İnanıram ki, bu il idmandakı uğurlarımız daha çox olacaq»
İdman 16:49 / 05.03.2026
"Bu il idmanımız üçün yaddaqalan illlərdən biri olacaq".
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov Olimpiyadunyasi.com-a qısa müsahibəsində bildirib.  
Sərbəst güləş üzrə Olimpiya çempionumuz 5 mart Bədən Tərbiyəsi və İdman Gününün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: "5 mart münasibətilə təkcə idmançıları deyil, eyni zamanda idmana maraq göstərən hər bir vətəndaşımızı təbrik edirəm. İdman cəmiyyətdə heç də asan bir sahə sayıla bilməz. Burada zəhmət çəkib və çətin maneələri dəf etməklə uğura gedən yolu tapa bilərsən. Bu işdə hər bir idmançıya və onun məşqçisinə uğurlar diləyirəm. Atletlərimiz 2026-cı ilə bir sıra mötəbər yarışlarda iştirak edəcəklər. İnanıram ki, bu il idmandakı uğurlarımız daha çox olacaq".
         
271 oxunub

InvestAZ