XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



BOK-un​ 136-cı sessiyası keçiriləcək
Olimpiya oyunları 10:28 / 11.07.2020
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurasının iclası və 136-cı sessiyası keçiriləcək.​ Beynəlxalq qurumun onlayn qaydada keçiriləcək iclası və sessiyası iyulun 15-dən 22-dək davam edəcək.
İlk iki gündə təşkil olunacaq İcraiyyə Şurasının iclasında BOK prezidenti Tomas Bax hesabatla çıxış edəcək. Bundan başqa, Yay və Qış Olimpiya İdman assosiasiyalarının, Milli Olimpiya komitələrinin, Atletlər Komissiyasının, Ümumdünya Anti-Dopinq Assosiasiyasının (WADA) hesabatları dinləniləcək.
BOK-un Koordinasiya Komissiyasının sədri Con Kouts iclasda Tokio-2020 Olimpiya Oyunları ilə bağlı məruzə edəcək. Həmçinin Yeniyetmələrin Dakar-2022 Yay və Gangwon-2024 Qış Olimpiya Oyunlarının təşkilat komitələri yarışlara hazırlıqla bağlı hesabat verəcəklər.
İyulun 17-da başlayacaq BOK-un 136-cı sessiyası "YouTube” kanalı ilə canlı yayımlanacaq.
Toplantılardan sonra BOK prezidenti media nümayəndələrinin suallarını cavablandıracaq.


30779 oxunub

InvestAZ