XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



İstanbul Olimpiada üçün nazmizədliyini irəli sürəcək
Olimpiya oyunları 13:00 / 09.06.2020
İstanbul 2032-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürəcək.
Bunu Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Həsən Arat Anadolu Agentliyinə açıqlamasında bildirib.
O deyib ki, Türkiyə Olimpiadanı təşkil etmək istəyindən geri addım atmaq fikrində deyil. İstanbul 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizəd şəhər olacaq.
Vitse-prezident Türkiyənin koronavirus pandemiyasının öhdəsindən uğurla gəldiyini, 2020-ci ildə Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində infrastrukturun yaradılması ilə bağlı verdiyi vədləri yerinə yetirdiyini vurğulayıb: "Yollar, metro, hava limanı - bütün qurğuların tikintisi tamamlanıb. İstanbul hazırdır və namizəd şəhər olmalıdır. Bu barədə dövlət səviyyəsində qərar qəbul edilib”.
Qeyd edək ki, İstanbul 2020-ci ildə Yay Olimpiya Oyunlarını keçirməyə iddialı şəhər olsa da, sonda Tokio qalib gəlmişdi.
"Tokio-2020”nin iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.

38646 oxunub

InvestAZ