XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025



Olimpiya təsnifat dövrünün vaxtı dəqiqləşdi
Olimpiya oyunları 19:21 / 30.05.2020
Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) yenilənmiş təqvimi təsdiqlənib. Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən təsdiqlənən yarışların təqvimində Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat dövrü də əksini tapıb.
Bu dövr 2020-ci il oktyabrın 1-də bərpa olunacaq və 2021-ci il aprelin 30-dək davam edəcək. Koronavirus pandemiyası üzündən ləğv olunan təsnifat xarakterli yarışlar digərləri ilə əvəz olunacaq.Olimpiadaya vəsiqə qazanmaq istəyən idmançılar 2018-ci il noyabrın 1-dən təsnifat dövrünün sonunadək 6 turnirdə iştirak etməlidir. Atletlər bu dövrün üç bölümündən hərəsindən heç olmasa bir yarışa qatılmalıdır. Əvvəlki turnirlərdəki nəticələr də idmançıların hesabında saxlanılıb. 
Qeydedək ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 koronavirus pandemiyası səbəbindən 2021-ci il iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq.


47426 oxunub

InvestAZ