XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025



BOK Milli Olimpiya komitələrinə vəsait ayırdı
Olimpiya oyunları 14:57 / 15.05.2020

Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyasının iqtisadi nəticələrini minimuma endirmək üçün 800 milyon ABŞ dolları məbləğində vəsait ayırıb. Bu barədə IOC prezidenti Tomas Bax açıqlama verib. O bildirib ki, vəsaitin 650 milyon ABŞ dolları Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn ilə təxirə salınması ilə əlaqədar xərclərin qarşılanmasına, 150 milyon ABŞ dolları isə xüsusi fonddan Olimpiya Hərəkatına, federasiyalara və Milli Olimpiya komitələrinə, o cümlədən Azərbaycan Milli Olimpiya Komitəsinə kredit formasında sərf olunacaq.

Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək.


37765 oxunub

InvestAZ