XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Möhtəşəmliyi dünyanı heyrətləndirən idman arenaları - Eksklüziv
Olimpiya Hərəkatı 17:10 / 27.04.2020
Futbol idman növləri arasında ən məşhurudur. Futbol matçlarının keçirildiyi stadionlar həmişə azarkeşlərin maraq dairəsindədir. Bu gün​ dünyada görünüşünə, izləyici tutumuna və digər özəlliklərinə görə qiyabi də olsa sizi bir neçə stadionla tanış etmək istəyirik.


"Bakı Olimpiya Stadionu"

Stadionunun rəsmi açılışı 2015-ci ilin 6 martında ölkə başçısı İlham Əliyevin iştirakı ilə baş tutmuşdur. Stadion azarkeş tutumuna görə Cənubi Qafqazın ən böyük idman arenasıdır. Eyni vaxtda canlı olaraq 69,870 tamaşaçı idman tədbirlərini​ izləyə bilir. 2015-ci il də Bakının ev sahibliyi etdiyi I Avropa oyunlarının açılış və bağlanış mərasimləri bu stadionda keçirilmişdir. 2017-ci il də 4-cü İslam Həmrəyliyi oyunlarının açılış və bağlanış tədbirlərinə də ev sahibliyini bu möhtəşəm arena etmişdir. 2019- cu il də Avropa Liqasının final matçı bu arenada keçirilmişdir. AVRO- 2020 Avropa Çempionatının qrup və 1/4 matçlarını bu stadion qəbul edəcək.

"Asteka" stadionu​

Meksikanın paytaxtı Mexiko şəhərində yerləşir. Stadionun izləyici tutumu 105 min nəfərdir. "Asteka" arena dünyanın ən yüksək stadionlarından biridir. Deniz seviyəsindən 2 min 200 metr yüksəklikdə yerləşir. Ölkənin əsas millisi və "Amerika" futbol klubu rəqiblərini bu arena da qəbul edir. Stadion 1966-cı ildə müxtəlif tədbirlər təşkil etmək məqsədi ilə istifadəyə verilib. 1970 və 1986-cı illər də keçirilmiş futbol üzrə dünya çempionatlarının finalına ev sahibliyi edib. Bu baxımdan dünyada ilk stadion hesab edilir. 1968-ci il də keçirilən Brazilya-Meksika​ matçını rekord sayda 119 min 853 azarkeş canlı izləmişdir. Stadionda futbol matçlarından başqa tədbirlər də keçirilir. Belə ki, 1986-cı il də Maykl Cekson stadionda ard-arda 4 dəfə konsert verib. Hər konsertinə 100 mindən artıq izləyici gəlib. "Amerika" futbol klubununun bu stadionda keçirdiyi oyunlarda 65 min azarkeş matçı canlı izləyir.

"1 May stadionu"

Dünyanın ən böyük idman arenalarında biridir. Azarkeş tutumu 150 min nəfərdir. Stadion orjinal görünüşü ilə insanları özünə cəlb edir. Stadionun xarici görünüşü dəniz dalğalarının xatırladır. Şimali Koreyanın paytaxtı Pxenyan şəhərində yerləşir. 1989-cu il də istifadəyə verilib. Əsas futbol millisi rəqiblərini bu arenada qəbul edir. Bir çox turist və idmansevər bu stadionu görməyi xəyal edir.

"Marina Körfəzi"​ stadionu

Dünyada ilk və tək üzən stadiondur. Sinqapurda yerləşir. 1995-ci ildə xüsusi olaraq Sinqapur milli komandası üçün tikilib. 30 min izləyicisi eyni vaxtda qəbul edə bilir. Arena uzunluğu 120 metr, eni 83 metr platformanın üzərində yerləşir. 2007-ci ildən başlayaraq stadionda müxtəlif konsertlər, bayramlar və digər tədbirlər təşkil edilir.

"Bukit Cəlil" stadionu

Futbol sevərlərin marağına səbəb olacaq daha bir stadion isə Malayziya paytaxtı Kuala Lumpurda yerləşir. "Bukit Cəlil" stadionu ekzotik bitkilər və hovuzların əhatə edilmiş həyətə sahibdir. Asiyanın bu şəhərində yerləşən stadion 110 min azarkeş tutumuna malikdir. Malayziya kuboku,​ super kuboku matçları və əsas millinin oyunları bu stadionda keçirilir. Dünyaca məşhur "Mançester Yunayted" və "Çelsi" klubları bu stadionda matç keçiriblər.​

"Yoyogi" stadionu

Tokioda yerləşən "Yoyogi" stadionu öz cəlbedici görünüşü ilə göz oxşayır. Arenanın tikintisi 1964-cü il də başa çatıb. Stadionun tikilmə məqsədi isə Dünya miqyaslı yarışlara və Olimpiyadalara ev sahibliyi etmək idi. İstifadəyə verildiyi gündən bu günə qədər Yaponiyanın ən böyük stadionu olaq qalır. İri miqyaslı yarışlar da daxil olmaqla bir çox idman tədbirlərinə ev sahibliyi edir. Arenanın ətrafında idman meydançaları və piknik üçün xüsusi yerlər var. Bir sözlə insanların istirahəti üçün stadionun ətrafında hər şərait var.

"Visente Kalderon" stadionu

Bu arena İspaniyanın paytaxtı Madrid şəhərində yerləşir. Paytaxt təmsilçisi olan "Atletiko" ev oyunlarını bu stadionda keçirir. 54,​ 960 izləyici tutumuna malik olan arena 1966-cı ilin 2 martında istifadəyə verilib. Stadionun adı Atletiko Madridin əfsanəvi prezidenti Visente Kalderonun şərəfinə adlandırılıb. 1982-ci il FİFA Dünya çempionatının üç qrup matçına ev sahibliyi edib. Maraqlı məqam isə ondadır ki, stadionun zirzəmisindən avtomobil yolu keçir.​ 2016-cı ildə bu stadion istismar müddətini bitirdiyindən bağlandı. Əvəzində yeni stadion
"Vanda Metropoliano" istifadəyə verildi.
"Metropoliano" adı "Visente Kalderon" stadionun ilk adı olub.

"Səhənd" stadionu

​ Təbrizin cənubunda yerləşir. Stadion İranda ikinci Güney Azərbaycanda isə ən böyük arenadır. Eyni vaxtda stadionda 85.000 azarkeş sevimli klublarına dəstək verə bilir. Təbriz təmsilçisi​ "Traktor" rəqiblərini bu stadionda qəbul edir. Əsasən matçlarda stadion azarkeşlərlə tam dolu olur.

"Kamp Nou" stadionu

​ Katalon dilindən tərcümədə yeni meydan deməkdir. İspaniyanın Barselona şəhərində yerləşir. 99.300 azarkeş tutumuna malik olan stadion Avropada ən böyük futbol arenasıdır. "Barselona" futbol klubu ev oyunlarını bu möhtəşəm stadionda keçirir. Bütün dünyada "Kamp Nou" kimi tanınan stadionun tam adı "Estadio del Futbol Club Barselona"dır. Stadionun azarkeş tutumunun 15 min artırılması planlaşdırılır.

"Lujniki " stadionu

​ Rusiyanın paytaxtı Moskva şəhərində yerləşir. Avropanın ən böyük stadionlarından biridir. 1983-cü il də yenidən qurma işlərindən sonra istifadəyə verilən arena bütün irimiqyaslı yarışları qəbul etmək gücünə malikdir. Stadion Lujniki Olimpiya kompleksinin bir hissəsini təşkil edir. 81 min azarkeş tutumuna malik olan stadion 2008-ci il də UEFA Çempionlar Liqasına ev sahibliyi edib. Amma, bu stadionun kənarında bu gündə avtomobil tıxacı yaranır. Hər matç günündə təqribi 20 min nəqliyyat vasitəsi tıxaclar yaradır.

​ Qasım Xuluflu

46150 oxunub

InvestAZ