XƏBƏR LENTİ
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026



“D” kateqoriyalı məşqçi kurslarına start verilib
İdman 14:03 / 19.03.2026

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kurslarına start verilib.

Olimpiyadunyasi.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA tərəfindən qəbul edilmiş Futbolun İnkişaf Strategiyasına uyğun olaraq Bayıl stadionunda təşkil olunan kursa ümumilikdə 25 iştirakçı cəlb edilib.

Açılış mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, BFF-nin prezidenti Tahir Süleymanov və məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Daha sonra Kütləvi Futbol Departamentinin aparıcı mütəxəssisi Orxan Mikayıllı tərəfindən iştirakçılara kursun məqsədi və proqramı barədə ətraflı məlumat təqdim olunub.

İlk gündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən "Kütləvi futbolda əsas prinsiplər", "Məşq metodları", "Məşqçi davranışları" və digər mövzular üzrə təqdimatlar keçirilib. Təqdimatlar əsasında mövzular müxtəlif aspektlərdən geniş müzakirə olunub.

Qeyd edək ki, kursun ilk günü nəzəri hissədən ibarət olub və təlim proqramı ümumilikdə 3 gün davam edəcək.


107 oxunub

InvestAZ