XƏBƏR LENTİ
12 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Spartakiadada nərd yarışları başa çatdı
İdman 16:16 / 07.11.2019

«Zenit» Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların Azərbaycan Respublikasının «Dövlət Müstəqilliyi Günü»nə həsr olunmuş XXI Respublika Spartakiadası davam edir.
Artıq spartakiada çərçivəsində keçirilən nərd üzrə yarışlara yekun vurulub.
Maraqlı mübarizə şəraitində keçən nərd yarışlarında birinci yerə Aviasiya İşçiləri Hİ RK-nın komandası layiq görülüb. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ RK-ın komandası ikinci yeri tutub. Müdafiə Sənayesi İşçiləri Hİ RK-nın komandası isə üçüncü olub.
Qeyd edək ki, yarışların proqramına 10 idman növü (futbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, üzgüçülük, dama, nərd, şahmat, güllə atıcılığı) daxildir.
Məlumat üçün bildirək ki, spartakiadanın keçirilməsində əsas məqsəd zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini təmin etmək, müəssisə və təşkilatların fəhlə və qulluqçularının asudə vaxtını səmərəli keçirməkdən ibarətdir.
XXI Respublika Spartkiadasına noyabrın 22-də yekun vurulacaq.

28561 oxunub

InvestAZ