XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



Bakıda UEFA-nın Strateji Kommunikasiyalar seminarı keçirilib
İdman 12:49 / 11.03.2026
Bakıda UEFA Milli Assosiasiyaların Kommunikasiyalar Bölməsi tərəfindən milli assosiasiyalara öz potensiallarını həyata keçirməyə kömək etmək üçün UEFA Grow proqramı çərçivəsində Strateji Kommunikasiyalar üzrə seminar təşkil olunub.
Olimpiyadunyasi.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iki gün davam edən tədbirdə strateji kommunikasiyanın vacibliyi, maraqlı tərəflərin auditi və komanda potensialının qiymətləndirilməsi, AFFA-nın imic və reputasiyasının gücləndirilməsi, strateji prioritetlərin kommunikasiya baxımından planlaşdırılması, hədəf auditoriyaların müəyyənləşdirilməsi, əsas mesajların formalaşdırılması məsələləri ilə bağlı müzakirələr aparılıb.
Seminar çərçivəsində beynəlxalq turnirlərə ev sahibliyi edən AFFA və Azərbaycan üçün kommunikasiya yanaşmaları, turnirin təşkili, təşviqi və irs kommunikasiyası müzakirə olunub. Bununla yanaşı, iştirakçılar üçün interaktiv qrup işləri təşkil olunub, müvafiq mövzular üzrə fikir mübadiləsi aparılıb və praktiki yanaşmalar müzakirə edilib. Qrup müzakirələri zamanı yerli təcrübə, beynəlxalq yanaşmalar və inkişaf imkanları əsas diqqət mərkəzində saxlanılıb.


129 oxunub

InvestAZ