XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



Yüksək Liqada XVII tura start verilir
İdman 12:38 / 11.03.2026

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura bu gün start veriləcək.

Olimpiyadunyasi.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. "DH Volley" UNEC-in, "Gəncə" isə "Milli Aviasiya Akademiyası"nın qonağı olacaq. Hər iki görüş saat 17:00-da start götürəcək.

Oyunlar müvafiq olaraq UNEC-in və "Milli Aviasiya Akademiyası"nın idman zalında təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında XVII tura martın 12-də yekun vurulacaq.


184 oxunub

InvestAZ