XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026



Zemfira Meftaxetdinova: «Biz idmançılar üçün təqvimdə daha bir əlamətdar tarix yer alıb»
İdman 16:41 / 05.03.2026

"Ölkəmizdə idman öz populyarlığını hələ də qoruyub saxlamaqdadır". 
Bu sözləri Olimpnews.az-a verdiyi qısa müsahibədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova deyib. Stend atıcılığı üzrə Sidney-2000 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı idmanın inkişafında birlikdə fəaliyyətin səmərə verə biləcəyini qeyd edib: "İdman elə bir sahədir ki, onun fəaliyyəti daim hərəkətdədir. Biz idman rəsmiləri ictimaiyyətlə sıx əlaqədə olub, onlara nümunə olmalı və idmana həvəsləndirməliyik. Cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbər təyin olunduqdan sonra idmanda böyük müsbət dəyişikliklər baş verdi. Uğurlarımız artdı, idman daha da populyarlıq qazandı. Mən həmin ərəfələrdə yüksək nailiyyət əldə edən idmançılardan biri sayılıram. Bununla fəxr edirəm".

Zemfira Meftaxetdinova Azərbaycanda 5 mart Bədən Tərbiyəsi və İdman Gününün əhəmiyyətindən də danışıb. "Artıq 21 ildir ki, hər ilin 5 mart tarixi ölkəmizdə təntənə ilə qeyd olunur. Biz idmançılar üçün təqvimdə daha bir əlamətdar tarix yer alıb. Fürsətdən istifadə edərək idmanın inkişafı və təbliği üçün bacarığını əsirgəməyən hər kəsi təbrik edirəm".


128 oxunub

InvestAZ