Dördqat Olimpiya mükafatçımız millinin böyük məşqçisi təyin olundu
İdman 17:40 / 23.02.2026
Mariya Stadnik U-15 və U-17 yaş qrupu üzrə Azərbaycan millisinin böyük məşqçisi vəzifəsinə təyin edilib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb. Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıb.
Qeyd edək ki, Toğrul Əsgərov əvvəlki kimi böyüklər və U-23 milli komandasında, o cümlədən U-20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.
209 oxunub