XƏBƏR LENTİ
23 Fevral 2026
22 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026



Bayraqlarını ən yüksəkdə Sapporodan sonra ilk dəfə Milanda dalğalandırdılar  
İdman 16:52 / 20.02.2026
Milan-Kortina-2026-da xizək alpinizmində ilk çempion olan Oriol Kardona Koll İspaniyaya 1972-ci ildən bəri ilk Qış Olimpiya qızıl medalını qazandı. İspaniyalı idmançılar sonuncu dəfə qızıl medalı 1972-ci ildə Sapporoda əldə etmişdilər. Həmin vaxt dağ xizəkçisi Fransisko Fernandes Oçoa slalom yarışında birinci olmuşdu.
Məlumat üçün bildirək ki, 2002-ci ildə Solt-Leyk Siti Olimpiadasında İspaniya bayrağı altında çıxış edən xizəkçi Yohan Mühlegq üç qızıl medal əldə etmişdi. O, skiatlonda və 30 və 50 kilometrlik yarışlarda fərqlənsə də, tezliklə dopinq səbəbindən diskvalifikasiya olundu və mükafatlarından məhrum edildi.
Xatırladaq ki, İspaniya Qış olimpiya Oyunlarında indiyə qədər yeddi medal qazanıb - 2-1-4.


171 oxunub

InvestAZ