Kapoeyra üzrə Azərbaycan Kuboku keçirilib
İdman 16:19 / 23.02.2026
Azərbaycan Kapoeyra Federasiyası (AKF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakının 2026-cı il üçün "Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə kapoeyra üzrə ölkə kuboku təşkil olunub.
Balaxanı İdman Mərkəzində baş tutan turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən kapoeyra nümayəndəlikləri və klublar iştirak ediblər.
Kubok çərçivəsində uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında müxtəlif yaş və çəki kateqoriyaları üzrə yarışlar keçirilib.
Yarışın yekun nəticələrinə əsasən, "Pernada Kapoeyra” klubu üçüncü, "Nirvana Kapoeyra” isə ikinci yerə layiq görülüb. "Wolf Kapoeyra” Akademiyası isə ən çox medal qazanan komanda olaraq Azərbaycan Kubokunun qalibi adını qazanıb.
Tədbirin əsas məqsədi kapoeyranın ölkə üzrə inkişafına töhfə vermək, idmançılar arasında təcrübə mübadiləsini genişləndirmək, həmçinin Bakının beynəlxalq idman mərkəzi kimi mövqeyini daha da möhkəmləndirmək olub.
99 oxunub