Milanda keçirilən qadınlar arasında Olimpiya hokkey turnirinin qalibi müəyyənləşib.
Olimpiyadunyasi.com xəbər verir ki, final görüşündə ABŞ və Kanada yığmaları üz-üzə gəlib. Santa Culia Arenada keçirilən görüşdə ABŞ komandası əlavə vaxtda 2:1 hesabı ilə qalib gəlib. Belə ki, matçın birinci periodunda komandalardan heç biri fərqlənə bilməyib. İkinci periodda Kristin ONil hesabı dəyişib. Üçüncü periodun 18-ci dəqiqəsində Hilari Nayt hesabı bərabərləşdirib. Əlavə vaxtda Megan Keller ABŞ komandasının qələbəsini təmin edib.
107 oxunub