XƏBƏR LENTİ
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026



AKAF fəaliyyətini genişləndirir
İdman 15:32 / 20.02.2026

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) fəaliyyət istiqamətlərini genişləndirir.

AKAF-ın mətbuat xidmətindən Olimpitadynyasi.com-a verilən məlumata görə, bununla bağlı federasiyanın Ümumi Yığıncağında müvafiq qərar qəbul olunub.
Bu addım ölkəmizdə su idman növlərinin vahid platformada inkişafını təmin etmək, idarəetmədə çevikliyi artırmaq və beynəlxalq arenada daha effektiv təmsilçiliyə nail olmaq məqsədi daşıyır. Eyni zamanda populyarlığı artırmaq, kütləviliyi təmin etmək, yeniyetmə və gəncləri cəlb etmək əsas prioritetdir.
Müvafiq olaraq federasiyanın adı dəyişdirilərək Azərbaycan Su İdmanı növləri Federasiyası (Azerbaijan Water Sports Federation) adlandırılacaq. 


245 oxunub

InvestAZ