Uels futbolunun əfsanəvi hücumçusu Yan Raş səhhətində kəskin pisləşmə səbəbindən reanimasiyaya yerləşdirilib.
Olimpiyadunyasi.com "The Guardian" qəzetinin məlumatına istinadən xəbər verir ki, o, təxminən 48 saat ağır vəziyyətdə qalıb və süni tənəffüs aparatına qoşulub. Hazırda onun vəziyyəti stabildir.
Xatırladaq ki, 64 yaşlı Raş ümumilikdə on beş il "Liverpul"da oynayıb, bir mövsümdə isə "Yuventus"un formasını geyinib.
239 oxunub