Futbol üzrə Misli Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən günün ilk oyununda "İmişli" və "Karvan-Yevlax" komandaları üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb və komandalar meydandan hərəyə bir xalla ayrılıblar. Matçda hesabı 29-cu dəqiqədə "İmişli" klubunun futbolçusu Dioqo Almeyda açıb. Lakin ilk hissənin 39-cu dəqiqəsində Vadim Abdullayev bərabərlik qolunu vurub. Bu nəticədən sonra "İmişli" klubu 16 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. Aktivində 6 xalı olan "Karvan-Yevlax" klubu isə sonuncu - 12-ci pillədə qərarlaşıb.
298 oxunub