XƏBƏR LENTİ
16 Dekabr 2025
15 Dekabr 2025
14 Dekabr 2025
13 Dekabr 2025



Stiven Karri Makl Cordanı qabaqladı
İdman 21:15 / 15.12.2025
NBA müntəzəm çempionatında çıxış edən "Qolden State Warriors"un lideri Stiven Karri daha bir rekordla yadda qalıb. 
Olimpiyadunyasi.com xəbər edir ki, yaşı 30-dan yuxarı olan oyunçu 40 və ya daha çox xal toplaması ilə diqqət mərkəzinə düşüb. Karri bu göstərici ilə NBA əfsanəsi Maykl Cordanı qabaqlayıb. Karrinin hazırda rəqəmlər 45-i, Cordanda isə 44-ü göstərir.
Məlumat üçün bildirək ki, Stiven Karri komandasının "Portland Treyl Bleyzers"  üzərində qazandığı qələbədə (131-136) 48 xal topladıqdan sonra bu nailiyyətə yüksəlib.
 
Yaşı 30 yaşdan yuxarı oyunçunun NBA göstəriciləri:
 
1. Stiven Karri - 45.
2. Maykl Cordan - 44.
3. Demian Lillard - 31.
4. Kobi Brayant/Ceyms Harden - 30.
5. Larri Börd - 27.
6. LeBron Ceyms - 25.

431 oxunub

InvestAZ