İdman 15:15 / 15.12.2025
Yardımlı şəhər Heydər Əliyev Parkında təşkil olunan "Səyyar sağlam həyat” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib.
Tədbirdə100-dən çox idman həvəskarı iştirak edib. Şəhər sakinlərində böyük sevinc yaradan tədbirdə iştirak edənlərsəyyar idman avtomobili ətrafında yerləşən idman qurğularında müxtəlif yarışlarda öz gücünü göstərib və idman normativlərini yerinə yetiriblər. Yekunda tədbir iştirakçılarına sertifikatlar da təqdim olunub.