İdman 20:27 / 08.11.2025
Azərbaycanın daha bir boksçusu VI İslam Həmrəyliyi Oyunlarında 1/4 final görüşünə çıxıb.
Bu gün mübarizə aparan Sərxan Əliyev 70 kq çəki dərəcəsində özbəkistanlı Samandar Xabibullayevlə qarşılaşıb. Təmsilçimiz rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Boksçumuz bununla ən azı bürünc medalı təmin edib.
Xatırladaq ki, daha əvvəl Məhəmmədəli Qasımzadə (60 kq) və Səidcəmşid Cəfərov (80 kq) də adını yarımfinala yazdırmışdı.