Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilənüzgüçülük yarışlarına start verilib.
Olimpiyadunyasi.com xəbər verir ki, üzgüçülük yarışlarının ilk günündə Azərbaycan idmançısı Süleyman İsmayılzadə bürünc medala sahib çıxıb. Təmsilçimiz 1500 metr məsafəyə sərbəst üsulla üzmə proqramında fəxri kürsünün üçüncü pilləsində yer alıb.