İdman 19:03 / 08.11.2025
Səudiyyə Ərəbistanının paytaxtı Ər-RiyaddaVI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışları davam edir.
Bu gün Azrərbaycan komandasının daha bir üzvü 1/4 final görüşnə çıxıb. Çəkisi 60 kq olan idmançıların yarışında mübarizə aparan idmançımızMəhəmmədəli Qasımzadə uqandalı Cimmi Adrikonu 5:0 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.Boksçumuzbununla da ən azı bürünc medalıtəmin edib.