Oktyabrın 30-da keçmiş finlandiyalı atlet Pentti Nikula 86 yaşında dünyasını dəyişib.
Bu barədə "Ilta-Sanomat" portalı məlumat yayıb. Məumat üçün bildirək ki, 1962-ci ildə Serbiyanın Belqrad şəhərində keçirilən Avropa Çempionatında Nikula hündürluyə tullanmada 4,94 metr nəticə ilə dünya rekordu qırıb. O, həmçinin tarixdə qapalı məkanda 5 metr tullanan ilk idmançı olub, baxmayaraq ki, o zaman qapalı məkanda nəticələr rəsmi hesab edilmirdi.
Pentti Nikula həmçinin dörd Avropa rekorduna sahib idi. O, 1964-cü ildə Yaponiyanın Tokio şəhərində keçirilən Olimpiya Oyunlarında dirəklə tullanmada yeddinci yeri tutmuşdu.
Xatırldaq ki, şüvüllə tullanmada hazırkı dünya rekordçusu 6,30 metrlik məsafəni qət edən isveçli Armand Duplantisdir.
162 oxunub