Donçiç “Qara Mamba”nın uğurunu təkrarlayıb
İdman 17:50 / 03.11.2025
"Los Anceles Leykers”in basketbolçusu Luka Donçiç əfsanəvi Kobi Brayantdan sonra "Leykers” tarixində yeni mövsümün ilk üç oyununda orta hesabla 45 xal toplayan ilk oyunçu olub. ESPN-nin verdiyi məlumata görə, "Qara Mamba” ləqəbli Kobi bu nailiyyəti 2007-ci ildə əldə edib. Xatırladaq ki, cari mövsümün əvvəlində Donçiç "Qolden Steyt Uorriorz" (109:119) və "Minnesota Timbervulvz" (128:110) komandalarına qarşı oyunlarda oynayıb, bundan sonra üç oyun kənarda qalıb. "Memfis Qrizlis"ə qarşı son oyunda Luka meydana qayıdıb və 44 xal toplayıb. "Qolden Steyt" və "Minnesota"ya qarşı oyunlarda isə müvafiq olaraq 43 və 49 xal toplayıb. Beləliklə, onun bu üç matçdakı orta göstəricisi 45,3 xal olub.
156 oxunub