XƏBƏR LENTİ
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025



Aerobika gimnastikası üzrə ölkə birinciliyi keçirilib
İdman 16:34 / 03.11.2025

Gəncə şəhərində ilk dəfə aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi keçirilib. IX ölkə birinciliyi Gəncə İdman Sarayında baş tutub.

Yarışda iştirak edən gimnastlar müxtəlif yaş kateqoriyaları və proqramlar üzrə çıxış ediblər.

Balacalar (2017-2018) fərdi çıxışlarda, uşaqlar (2014-2016) fərdi, qarışıq cütlük, üçlük və qrup proqramlarında, yeniyetmələr (2011-2013) fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında, gənclər isə fərdi və üçlük kompozisiyalarda bacarıqlarını göstəriblər.

Yarışda "Ocaq Sport" Klubu və Sumqayıt Olimpiya İdman Kompleksini təmsil edən ümumilikdə 60-a yaxın gimnast iştirak edib. Fərqlənənlər medal və diplomlarla mükafatlandırılıblar.

Turnir həmçinin gənc gimnastlar üçün noyabrın 9-11-də Gəncədə ilk dəfə keçiriləcək gənclər və 15 yaşadək gimnastlar arasında I Avropa çempionatına sınaq xarakteri daşıyıb.


278 oxunub

InvestAZ