Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.
Olimpnews az xəbər verir ki, İspaniyanın "Barselona” və İtaliyanın "İnter” klubları Estadi Olimpik Lluís Kompanys stadionunda üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşü fransalı baş hakim Klement Turpen idarə edəcək. Hər iki komanda oyuna ciddi heyət itkiləri ilə çıxacaq. Kataloniya təmsilçisində Robert Levandovski, Aleksandro Balde, Mark Kasado və Mark Bernal zədə səbəbindən meydana çıxa bilməyəcək. "Neradzurrilər"in heyətində isə Benjamin Pavard, Markus Turam və Valentin Karboni oyunu buraxacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyun günündə PSJ səfərdə "Arsenal” üzərində 1:0 hesablı qələbə qazanaraq finala vəsiqə uğrunda əhəmiyyətli üstünlük əldə edib.
255 oxunub