Bu gün
ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş
avarçəkmə üzrə "Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində
iştirakçı ölkələrin nümayəndələrinin təntənəli paradı təşkil olunub.
Olimpiyadunyasi.com xəbər verir ki, tədbir
Mingəçevir şəhərinin Heydər Əliyev prospektində baş tutub.
Paradın rəsmi hissəsində Azərbaycan Kanoe və
Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Avropa Kanoe Assosiasiyasının
prezidenti Jan Zunqrana, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham
İsmayılov və digər rəsmi şəxslər ümummilli lider Heydər Əliyevin abidəsini
ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra
yarış iştirakçılarının Azərbaycan Respublikasının böyükölçülü dövlət bayrağı
ilə şəhərin mərkəzində yürüşü olub. Onları avarçəkmə idman növünü əks etdirən
qayıqlarla bəzədilmiş avtomobil və könüllülər dəstəsi müşayiət edib. 20-dən çox
ölkədən gəlmiş idmançıların iştirak etdiyi paradı şəhər sakinləriböyük
coşğu ilə qarşılayıb, beynəlxalq səviyyəli idmançılara və nümayəndə heyətlərinə
alqışlarla dəstək veriblər.
Bayram ab-havasında keçən paradda iştirakçı
ölkələrin nümayəndələri müəyyən olunmuş ardıcıllıqla öz yerlərini tutduqdan
sonra, "Banu" və "Xəmsə" rəqs ansamblları, həmçinin
Xəmsə" ritm qrupu milli musiqi sədaları altında rəngarəng və dinamik
kompozisiyalarla tamaşaçılara unudulmaz anlar yaşadıblar.
Rəqs qruplarının və iştirakçı idmançıların
ifasında təqdim olunan rəngarəng çıxışlarla davam edən parad Mingəçevirdə həm
idman, həm də beynəlxalq dostluq ruhunun təntənəsinə çevrilib.
Qeyd edək ki, Avropa, Asiya və Afrikadan 20-dən
artıq ölkəni təmsil edən200-dən çox idmançının iştirak edəcəyi
"Prezident Kuboku-2025” reqatasının açılış mərasimi aprelin 30-da işğaldan
azad olunmuş Suqovuşanda keçiriləcək. Elə həmin gün 200 metr məsafəyə yarışlar
təşkil olunacaq. Mayın 1-2-də isə reqata Mingəçevirdə yerləşən "Kür”
Olimpiya Tədris-İdman Mərkəzində davam etdiriləcək.
Xatırladaq ki, bu mötəbər yarış artıq üçüncü
ildir ki, Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planında yer alır və
ölkəmizin beynəlxalq idman nüfuzuna mühüm töhfə verir.