Yardımlı rayon Köryədi kənd tam orta məktəbində güllə atıcılığı üzrə məktəbli oğlan və qızlar arasında rayon turniri keçirilib. 4 komandanın iştirak etdiyi turnirdə meydan sahiblərin qızlardan ibarət komandası bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medallarına layiq görülüb.