XƏBƏR LENTİ
28 Aprel 2025
27 Aprel 2025
26 Aprel 2025
25 Aprel 2025



"Sabah" və "Neftçi" yarımfinala qələbə ilə başladılar
İdman 18:18 / 27.04.2025

Azərbaycan Basketbol Liqasında (ABL) yarımfinal mərhələsində pley-off seriyalarının ilk oyunları keçirilib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakı İdman Sarayında təşkil olunan pley-off seriyalarının ilk oyunlarında basketbol həvəskarları maraqlı mübarizələrin şahidi olublar. Müntəzəm çempionatda "A" qrupun qalibi "Sabah" yarımfinalın ilk oyununda "Şəki" klubuna 86:73 hesabı ilə qalib gəlib və seriyada 1:0 irəli keçib. "Neftçi" - "Abşeron" yarımfinal pley-off seriyasının ilk oyununda isə "Neftçi" klubu geridönüş edərək əlavə vaxtda rəqibinə 97:93 hesabı ilə qalib gəlib və seriyada ümumi hesabı 1:0 edib.


387 oxunub

InvestAZ