XƏBƏR LENTİ
28 Aprel 2025
27 Aprel 2025
26 Aprel 2025
25 Aprel 2025



Misli Premyer Liqası:  “Qarabağ” çempionluğunu rəsmiləşdirə bilər
İdman 08:03 / 27.04.2025
Futbol üzrə Misli Premyer Liqasında 32-ci turun oyunları çərçivəsində bu gün daha iki qarşılaşma təşkil olunacaq.
Günün ilk oyununda "Səbail" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcək. Görüş saat 17:30-da "ASCO Arena"da start götürəcək. Qarşılaşmanı FİFA referisi Rəşad Əhmədov idarə edəcək. Turnir cədvəlinin son pilləsində qərarlaşan "Səbail" 20 xalla mübarizə aparır. "Araz-Naxçıvan" isə 53 xalla üçüncü pillədədir və avrokuboklara vəsiqə uğrunda mübarizəsini davam etdirir.

Günün digər qarşılaşması da böyük maraq doğurur. "Sabah" öz meydanında ölkə çempionatının lideri "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi bu oyunda qələbə qazandığı təqdirdə çempionluğunu rəsmi olaraq rəsmiləşdirəcək. Hazırda "Qarabağ" 76 xalla birinci sırada, "Sabah" isə 39 xalla beşinci yerdə qərarlaşıb.

32-ci tura sabah keçiriləcək "Sumqayıt" -"Neftçi" oyunu ilə yekun vurulacaq.


426 oxunub

InvestAZ