Yardımlıda "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirildi
İdman 23:57 / 26.04.2025
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İdman hamı üçün” layihəsi çərçivəsində Yardımlı rayon Sahil stadionunda təşkil edilən kütləviidman tədbiri keçirilib. Tədbir çərçivəsində futbol, voleybol, kəndirlə mübarizə, nərd, dama, atletika üzrə yarışlartəşkil edilib. Rayonda idmanın kütləviliyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə keçirilən tədbir rayon sakinlərində böyük maraqyaradıb.
419 oxunub