Aprelin 24-26-da Türkiyənin Adana şəhərində kayak və kanoe üzrə "Bahar Kuboku” beynəlxalq yarışı təşkil olunub.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən idmançılarımız 1 qızıl, 1 gümüş medal qazanıblar. Yığmamızın aktivinə ilk medalı qadınlar arasında mübarizə aparan Tatyana Smilovenko yazdırıb. 1000 metr məsadə bir nəfərlik kanoe qayığında yarışan Tatyana bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub. Oğlanların yarışında isə Hüseyn Səmədli bir nəfərlik kanoe qayığında fəxri kürsünün ikinci pilləsində yer alıb.