XƏBƏR LENTİ
21 Aprel 2025
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025



Basketbol Liqasında pley-offun ikinci oyunlarına start verildi
İdman 10:19 / 20.04.2025

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunlarına start veriləcək. Günün açılış qarşılaşması Gəncədə baş tutacaq. Yerli "Gəncə” komandası doğma azarkeşləri önündə "Şəki”ni qəbul edəcək.

Görüş Gəncə İdman Sarayında keçiriləcək və saat 14:00-da başlayacaq. Seriyanın ilk oyununda "Şəki” komandası rəqibinə cəmi bir xal fərqi ilə qalib gəlmişdi – 85:84. Bu səbəbdən bugünkü qarşılaşma "Gəncə” üçün son dərəcə vacib əhəmiyyət daşıyır. Qələbə qazanmaları halında seriyada bərabərlik bərpa olunacaq və cütün taleyi həlledici matçda müəyyənləşəcək.

Cütün qalibi yarımfinalda "Sabah” – "Sərhədçi” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ikinci oyunlarına aprelin 22-də yekun vurulacaq. Mərhələnin formatına əsasən, komandalar seriyada iki qələbə qazanmaqla növbəti mərhələyə yüksəlirlər.



281 oxunub

InvestAZ