Cəlilabad rayonunda "Aprel döyüşləri" şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə məktəbli oğlanlar arasında rayon turnirinə yekun vurulub. Şəhər 9 saylı tam orta məktəbin idman zalında keçirilən və 10 komandanın iştirak etdiyi turnirdə birinci yeri Uzuntəpə kənd 1 saylı tam orta məktəbin komandası qazanıb. Xəlilabad kənd tam orta məktəbin komandası ikinci, Həziabad kənd tam orta məktəbin komandası isə üçüncü yeri tutub.
Qalib komandalar yarışın təşkilatçısı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif olunublar.