XƏBƏR LENTİ
26 Aprel 2025
25 Aprel 2025
24 Aprel 2025



Lerikdə gənclər arasında güllə atıcılığı üzrə rayon turniri keçirilib
İdman 14:52 / 14.04.2025

Lerikdə Valeh Müslümov adına 2 saylı məktəbin idman zalında gənclər arasında güllə atıcılığı idman növü üzrə rayon turniri keçirilib. 20 nəfərin iştirak etdiyi və böyük maraqla qarşılanan turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfində təşkil olunub.

Qalib gələn idmançılar təşkilatçı idarənin diplom və medallarına layiq görülüb.


6135 oxunub