Aprelin 12-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İdman hamı üçün” layihəsi çərçivəsində Yardımlı rayon Sahil stadionunda təşkil edilən kütləvi idman tədbiri keçirilib. Tədbirdə futbol, voleybol, kəndirlə mübarizə, nərd, dama, atletika üzrə yarışlar təşkil edilib.
Rayonda idmanın kütləviliyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə keçirilən tədbir rayon sakinlərində böyük marağı yaradıb.