Masallı idmançısı Ədiş Cəlilov Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarının taekvondo yarışlarında qızıl medal qazanıb.
Yarışda 49 kq çəki dərəcəsində mübarizə aparan idmançı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq Gənclər İdman Məktəbinin yetirməsidir.
İdmançının məşqçi-müəllimi Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq Gənclər İdman Məktəbinin taekvondo bölməsinin məşqçi müəllimi Əməkdar məşqçi Ədalət Ağayevdir.