Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən 32-ci Qran-pri turnirində uğurlu çıxış ediblər. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, dünya çempionatına lisenziya xarakteri daşıyan yarışda təmsilçilərimiz ümumilikdə 17 (2 qızıl, 8 gümüş və 7 bürünc) medal qazanıblar.
Qeyd edək ki, 5 ölkədən - Çexiya, Azərbaycan, Fransa, Polşa və Sloveniya olmaqla, yarışda ümumilikdə 350-yə yaxın idmançı mübarizə aparıb.