XƏBƏR LENTİ
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Yunan-Roma güləşi millimiz Avropa çempionu oldu
İdman 00:24 / 14.04.2025

Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionu olub.

Slovakiyada keçirilən qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan komanda 151 xalla Avropanın ən güclüsü adını qazanıb.

Bu, millimizin 2-ci Avropa çempionluğu olub.

Qeyd edək ki, təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.


553 oxunub

InvestAZ